8 aprel 2014 20:00

Təhsil Kubokunun açılış mərasimi keçirildi

Bu gün "Bayıl Arena"da "Təhsil kuboku" uğrunda futbol yarışının açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) nümayəndələri iştirak ediblər.
ATFF-nin baş katibi Əfqan Həmzəyev yarış haqqında məlumat verdikdən sonra nazirlik nümayəndəsi Vasif Məmmədov çıxış edərək ölkəmizdə futbola göstərilən diqqət və qayğıdan danışıb. O, Təhsil Nazirliyinin futbolun inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Nazirlik rəsmisi iştirakçılara uğurlar arzulayıb.
ATFF-nin prezidenti Fazil Qarayev Azərbaycanda futbolun gündən-günə daha da inkişaf etdiyini qeyd edərək, ölkəmizdə idmanın inkişafı istiqamətdində əvəzolunmaz işlər həyata keçirildiyini qeyd edib. O, ali təhsil ocaqlarının komandalarını qarşılaşmalar zamanı qaydalara əməl etməyə çağırıb və iştirakçıları yeni çempionatın açılışı münasibəti ilə təbrik edib.
Tədbir bədii proqramla davam etdirilib.
Açılış mərasimi başa çatdıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları arasında oyun keçirilib. Matç 1:0 hesabıyla başa çatıb.
Qeyd edək ki, Təhsil Nazirliyi və ATFF-nin təşkilatçılığı ilə keçirilən ölkə çempionatında 29 ali məktəbin komandası iştirak edir. Oyunlar Binə qəsəbə stadionda, "Vətən" RİOEUGF-nın və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.