9 aprel 2014 11:33
Xəzər Lənkəranın səkkiz futbolçusu müxtəlif zədələrdən əziyyət çəkir
“Xəzər Lənkəran” TPL-in 30-cu turu çərçivəsində “Bakı”ya qarşı keçiriləcək oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Mustafa Dənizlinin yetirmələri artıq üç gündür ki, Bakıda Bədən tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edirlər.
Komandanın səkkiz futbolçusu müxtəlif yüngül zədələrdən əziyyət çəkir. Ancaq klubun mətbuat xidmətinin təmsilçisinin sözlərinə görə, bu, hesabat turunda onların meydana çıxmasına mane olmamalıdır.
