9 aprel 2014 11:00
Sxadadze ilə müqavilə müddəti uzadılacaq
"İnter" klubu komandanın baş məşqçisi Kaxaber Sxadadzenin işindən razıdır. Azerisport.az xəbər verir ki, klubun prezidenti Georgi Nikolov baş məşqçiyə yeni müqavilə təklif edib.
Razılaşma 2015-ci ilin may ayının sonuna qədər nəzərdə tutulub. Gürcü məşqçi "İnter"lə anlaşmanı artırmağa razılıq verib. Yeni müqavilə mayda imzalanacaq.
