9 aprel 2014 18:48
Sumqayıt Simurqla oyunun hazırlığını davam etdirir
Topaz Premyer Liqasının növbəti turunda "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb.
Bir müddətdi zədəli olan Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə hazırlığa başlayıb. Bugünkü məşqdə yalnız Fərid Kərimzadə fərdi məşq edib.
Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu aprelin 12-də saat 15:00-da Sumqayıtdakı yeni meydançada keçiriləcək.
