9 aprel 2014 17:44
"Rəşad bizimlə üçillik müqavilə imzalamaq istəsə, biz bunu edəcəyik"
“Qarabağ”ın idman direktoru Əmrah Çelikel azerisport.az saytına açıqlamasında, müqavilə müddəti cari mövsümün sonunda başa çatacaq komandanın kapitanı Rəşad Sadıqovun komandadakı taleyi haqda danışıb:
“Rəşad Sadıqov “Qarabağ”a doğma futbolçudur. O, ruhən bizə bağlıdır. O, komandanın lideridir. Mövsümün sonunda onun komanda ilə müqaviləsi başa çatır. Biz onunla əməkdaşlığı davam etməyə hazırıq. Sadıqovun bizimlə üçillik müqavilə imzalaması, ancaq rəhbərliyin yalnız bir ilə razılaşması haqda şayiələr var. Əgər Rəşad bizimlə üçillik müqavilə imzalamaq istəsə, biz bunu edəcəyik. Beləliklə, bu məsələdə problem yoxdur və olmayacaq”.
