9 aprel 2014 17:00
Şuşa - Neftçala oyununun keçirilmə tarixi dəyişdirilib
“Şuşa” FK-nın üç və daha artıq futbolçusunun çimərlik futbolu üzrə milli yığma komandasının heyətində iştirak edəcəyini nəzərə alaraq, 25-ci turun “Şuşa” - “Neftçala” matçının başqa tarixə keçirilməsini xahiş ediblər. Azerisport.az xəbər verir ki, qarşı tərəfin də razılıq məktubunu nəzərə alaraq, Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci turun “Şuşa” - “Neftçala” matçı 12 aprel 2014-cü il tarixindən 7 may 2014-cü il tarixinə keçirilib.
(PFL)
