Qəbələnin futbolçusu əməliyyat olunacaq
Topaz Premyer Liqasının 30-cu turunda AZAL-ı qonaq edəcək "Qəbələ" bu matça hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi hazırlığı ciddi itkilərlə davam etdirir.
Yuri Syominin rəhbərliyi altında doğma baş tutan hazırlıq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmır. Lorival Assis isə dizindəki ağrılar səbəbindən komandadan ayrı çalışır. Zədəsi ağır olan Nikola Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir.
"Qəbələ" AZAL-la oyuna zədəlilərdən əlavə daha bir itki ilə çıxacaq. Sarı vərəqə limitini dolduran Lorenzo Ebesilio "təyyarəçilər"lə oyunu buraxacaq.
Xatırladaq ki, "Qəbələ"-AZAL qarşılaşması aprelin 12-də saat 15:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
