9 aprel 2014 15:22
Azərbaycan şirkəti Trabzonsporun stadionunun yenidənqurulmasını maliyyələşdirəcək
Azərbaycan şirkətlərindən biri Türkiyənin “Trabzonspor” klubunun ev stadionu “Akyazı”nın yenidənqurulmasını maliyyələşdirəcək. Azerisport.az xəbər verir ki, bu yenidənqurma işinin həcmi 100 milyon ABŞ dolları məbləğindədir.
Şirkətin adı hələlik açıqlanmır. Ancaq bu layihənin Türkiyə baş naziri Recep Tayyip Erdoğanın dəstəyini aldığı haqda məlumat verilir.
(MedyaTrabzon)
