9 aprel 2014 14:11
Millimizin qapıçısı karyerasını başa vurdu
“Araz” futzal klubunun qapıçısı Marat Salyanski öz futbolçu karyerasını bitirib. Azerisport.az xəbər verir ki, bu haqda saytımıza qapıçı özü məlumat verib.
Bu qərardan dərhal sonra 39 yaşlı Salyanskiyə “Araz”da komandanın rəisi vəzifəsi təklif edilib və hazırda o, bu vəzifəni icra edir.
