9 aprel 2014 01:37

ÇL-də ilk yarımfinalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında ilk yarımfinalçıların adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Ötən həftə İspaniyada keçirilən oyunda Dortmund "Borussiya"sını 3:0 hesabı ilə darmadağın edən "Real" bu dəfə "Siqnal İduna Park"da rəqibini devirməyə çalışıb. Hərçənd ki, bu oyunda madridlilərin elə də böyük səy göstərməsinə ehtiyac yox idi. Çünki Yurgen Kloppun yetirmələri 2 top fərqi ilə qalib gəlsə belə, turu keçən tərəf "Kral klubu" olacaqdı. Almaniya təmsilçisi elə ilk hissədə buraxılan qollardan ikisinin əvəzini çıxmağı bacarıb. Amma meydan sahiblərinin bundan artığına gücü çatmadığı üçün, növbəti mərhələyə "Real" adlayıb.

Günün digər matçı isə "Çelsi" və PSJ arasında keçirilib. Fransada baş tutan oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn Liqa-1 nəhəngi cavab oyununda bu üstünlüyünü qorumağı hədəfləmişdi. Joze Mourinyonun yetirmələrinə isə bu oyunda 2:0 hesablı qələbə də kifayət edirdi. İngiltərə nəhəngi bu istəyinə nail olub və iki cavabsız qolla adını növbəti mərhələyə yazdırıb.

Çempionlar Liqası
1/4 final
(cavab oyunları)
8 aprel

Borussiya (Dortmund, Almaniya) - Real (İspaniya) - 2:0 (İlk oyun 3:0)
Qollar: Roys, 24; 37.

Çelsi (İngiltərə) - PSJ (Fransa) - 2:0 (İlk oyun 1:3)
Qollar: Şürle, 32, D.Ba, 87.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.