9 aprel 2014 13:22
Vurğun Hüseynov: İnterin mənə marağı var
“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov “İnter”in ona olan marağı barədə məlumatı təkzib etməyib. Azerisport.az xəbər verir ki, Hüseynov bunları söyləyib:
“Düzü, indi bu barədə danışmaq istəmirəm. Hələ ki, mən “Sumqayıt”ın oyunçusuyam. Hamı kimi, mən də “Rəvan”ı necə üstələmək haqda düşünürəm ki, komanda Birinci diviziona düşməsin. “İnter”ə gəlincə, mənə marağı var. Ancaq hər şey mövsümün sonunda həllini tapacaq. Mövsümün sonunda “Sumqayıt”ı tərk edəcəyim istisna deyil”.