9 aprel 2014 13:00
Roma Bakıya rəqib oldu
“Stadio Olimpiko” İtaliyanın AÇ-2020-nin oyunlarını keçirməsi üçün təqdim etdiyi yeganə stadion olacaq. Azerisport.az çempionat.ru saytına istinadən xəbər verir ki, İtaliya Milanın “San-Siro” stadionunu da iddiaçılar qismində baxışdan keçirib.
Ancaq İtaliyanın Milli olimpiya komitəsinin (CONI) prezidenti Covanni Malaqo bildirib ki, Romadakı arena UEFA-nın beynəlxalq yarışları keçirmək üçün müəyyən etdiyi tələblərə cavab verən yeganə arenadır:
“Biz sentyabrın 19-a qədər gözləyəcəyik ki, Romanın turnirin oyunlarını keçirmək üçün təsdiqlənməsi haqda nəticəni bilək. Əgər bu, baş versə, biz stadionda təhlükəsizlik tədbirləri ilə bağlı bəzi texniki işlər aparmalıyıq”.
Xatırladaq ki, qitə birinciliyinin 60 illiyi münasibəti ilə UEFA AÇ-2020-ni Avropanın müxtəlif şəhərlərində keçirməyə qərar verir. Oyunlar Avropanın 13 iri şəhərində keçirəcək.
Qeyd edək ki, AÇ-2020-nin oyunlarına ölkəmizin paytaxtı Bakı da iddia edir.
