8 aprel 2014 12:52
Rəvanın futbolçusuna bir oyunluq cəza kəsildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 29-cu turunun bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul edilib:
“Rəvan” – “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
