8 aprel 2014 12:33
Qarabağ Rəvanla oyun üçün hazırlığa başlayır
"Qarabağ" "Rəvan"la oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "aslanlar"ı qəbul edəcək Ağdam klubu bu gün tək çalışmayla kifayətlənəcək.
Sonuncu turdakı AZAL qalibiyyətindən sonra (2:0) baş məşqçi Qurban Qurbanov dünən komandaya istirahət vermişdi. Bu gündən isə komanda "sarı-qırmızılar"la oyunun hazırlığına start verəcək. "Qarabağ"ın yeganə çalışması saat 17:00-a təyin olunub. Məşq Suraxanı qəsəbə stadionunda olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Rəvan" oyunu aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 18:30-da start götürəcək.
