8 aprel 2014 00:01
İsrafilov Real Mursiyanın qələbə qazanmasına kömək etdi
Futbol üzrə İspaniya Sequnda Liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Real Mursiya" evdə "Sabadella" ilə qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Eddi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Real Mursiya" hazırda 47 xalla 8-ci sırada qərarlaşıb.
