8 aprel 2014 11:11
Tahir Süleymanovdan Yaşar Seyidova cavab gəldi
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun fikirlərinə münasibət bildirib:
"Kiminsə futbolçu karyerasında qol vurması onun məşqçilik işinə aidiyyəti yoxdur. Biz heç bir klubun işinə qarışmırıq. Azərbaycan futboluna gəldikdə isə, əgər Pantiç "Barselona"ya 4 qol vurubsa, bizimdə "Milan"a 4 qol vuran Ələkbər Məmmədovumuz var. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Neftçi" də San-Siro stadionunda "İnter"ə iki qol vurdu. Yaşar müəllim, gəlin, Azərbaycan futbolunu əcnəbilər qarşısında "kolxoz" səviyyəsinə endirməyək".
