8 aprel 2014 11:05
Əliyar Ağayev AÇ-nin final mərhələsində hakimlik edəcək
Mayın 9-dan 21-dək Maltada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunacaq. Azerisport.az xəbər verir ki, FIFA referisi Əliyar Ağayev AÇ-nin oyunlarına təyinat alıb.
Qeyd edək ki, turnirin oyunlarını ümumilikdə 6 baş hakim idarə edəcək.
(AFFA)
