8 aprel 2014 19:22
Gökdəmir daha bir oyunu buraxa bilər
“Elazığspor” Superliqanın 29-cu turu çərçivəsində “Qaziantepspor”a qarşı keçirəcəyi oyuna hazırlığını davam etdirir. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, komandanın heyətində itkilər var.
Həmçinin, millimizin müdafiəçisi Əli Gökdəmir zədəlidir və öz köhnə zədəsinin müalicəsi ilə məşğuldur. Gökdəmir bu zədə səbəbi ilə komandasının bir neçə oyununu buraxıb. Güman ki, futbolçu “Qaziantepspor”a qarşı keçiriləcək oyunu da buraxacaq.
Hazırda “Elazığspor” 28 xalla yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
