8 aprel 2014 16:00
Norveçli kəşfiyyatçılar Bakı FK-ya baş çəkiblər
Futbol uzrə Norveç komandasının baş inzibatçısı Quttorm Dillinq başçılıq etdiyi nümayəndə heyəti bu gün "Bakı" Futbol klubunun təlim-məşq bazasında olub. Azerisport.az xəbər verir ki, qısamüddətli səfərin əsas məqsədi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə birgə “H” qrupunda birgə yer alan Norveç komandasının Bakıdakı oyununa hazırlıq məsələlərini müzakirə etməkdir.
Bazanın infrastrukturu ilə yaxından tanış olan qonaqlar gordüklərindən məmnun qaldıqlarını bildiriblər və böyük ehtimalla Norveç yığması paytaxtımıza səfər zamanı Azərbaycan yığması ilə oyunun hazırlığın son mərhələsini məhz "Bakı"nın bazasında keçirəcək. Xatırladaq ki, Azərbaycan - Norveç oyunu bu il noyabrın 19-da keçiriləcək.

(Klub saytı)