8 aprel 2014 14:44
"Reynaldo elə güclüdüsə, qoy Braziliya yığmasının heyətində mundialda iştirak etsin"
Futbolumuzun veteranı İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik etdi, Reynaldonun milliləşdirilməsinin tərəfdarı olmadığını söylədi:
- Cari mövsüm Azərbaycan çempionatında “Qarabağ” 10 xallıq fərq yaradıb. Sizcə, komandanı artıq təbrik etmək olar?
- Futbol proqnozu sevmir. Amma 10 xal az deyil. Ona görə cəsarətlə “Qarabağ”ı Azərbaycan çempionu olması münasibəti ilə təbrik etmək olar. Əlbəttə, rəsmi nəticələr mayda olacaq. Lakin Qurban Qurbanovun komandasının liderliyi əldən verəcəyinə inanmıram. Komanda yaxşı futbolçulardan formalaşıb. Heyətdəki futbolçular bir-biri ilə gözəl anlaşır. Sabit oyunla “Qarabağ” çempionluğa layiq olduğunu sübut etdi. 10 xal fərqi bəzi ümidləri doğrultmayan komandaların günahıdır.
- Sizcə, “Qarabağ” bu oyun və heyətlə Çempionlar Liqasında hansı nəticəni göstərə bilər?
- “Qarabağ” Avropa meydanlarında Azərbaycan adını həmişə uca tutub. Lakin Avropa Liqası Çempionlar Liqası deyil. Çempion kimi qitənin ən nüfuzlu klub turnirində iştirak edəcəklər. Qrupa düşəcəkləri inandırıcı deyil. Çempionlar Liqasının pley-off mərhələsində çox təcrübəli klublar yarışır. Fikrimcə, ən pis halda “Qarabağ” bizi Avropa Liqasında sevindirəcək.
- “Qarabağ”ın və çempionatın bombardiri Reynaldo Azərbaycan millisində oynamaq istədiyini deyib. Sizcə, Reynaldo yığmamıza kömək edə bilər?
- Əgər bombardir olduğuna görə yığmaya çağırırıqsa, qoy elə Braziliya millisinə dəvət olunsun. Gedib öz həmyerliləri ilə mundialda iştirak etsin. Azərbaycan çempionatı göstərici deyil. Hamı bilir ki, legionerlər ölkələrində lazım deyil. Ona görə pul qazanmaq üçün Azərbaycana gəlir. Burda bir ayaqla oynayaraq, çoxlu pul qazanır. Legioner o vaxt milliləşdirilir ki, o komandanı gücləndirə bilsin. Yadınıza salın, Ladaqa, Fabio Luis Ramim, Branomir Subaşiç, Yuriy Muzıka və digərləri nə verdilər milliyə? Bax, həmin aqibəti Reynaldo yaşayacaq. Məncə, o millimizə heç nə verməyəcək.
- Qış fasiləsindən sonra “Qəbələ” özünə bənzəmir. Sizcə, Yuriy Syominin nə problemi var?
- “Qəbələ”nin uğursuzluğa mənim üçün də sirdir. Ola bilər, Syomin futbolçularla yola getmir. Çünki, birdən-birə belə zəif oyunun səbəbi olmalıdır. Digər tərəfdən, Syominin ilk ilidir. Ona zaman verilməlidir. Peşəkar müqavilə iki-üç il müddətinə olur. Yalnız ikinci mövsüm biz ondan nəticə istəyə bilərik. Syominin tərəfini saxlamıram. Sadəcə, bütün problemlərə obyektiv yanaşma vacibdir. “Qəbələ” Azərbaycan Kubokunu qazanmasa belə, mövsümün güclü klublarından biri oldu.
- Azərbaycan Kubokunda məğlubiyyətdən sonra “Bakı” klubunun da işi yaxşı getmir. Milinko Pantiçin ümidi yalnız çempionatda ilk üçlüyə düşməkdir...
- Pantiçin işi o qədər pis deyil. Əlbəttə, komanda kubokdan kənarda qaldı. Amma indi “Neftçi”, “İnter”lə bərabər medallar uğrunda yarışır. Tez bir zamanda məşqçi barədə fikir yürütmək olmaz. Hamını istefaya göndərsək, necə olacaq. Mən yeni baş məşqçiyə heç olmasa 3 il şans verilməsinin tərəfdarıyam. Dərhal nəticə təsadüfi də ola bilər. Ona görə gələcəyə hesablanan normal komanda qurulmalıdır. Bu gün “Bakı”nın yaxşı heyəti var. Nəticə olması üçün zamana ehtiyac gərəkdir.
- “Xəzər Lənkəran”da da Mustafa Dənizlinin problemləri bitmir. Komanda da xal itirməkdə davam edir...
- Dənizlinin işinə indi qiymət vermək çətindir. Komanda çempionatda köklənməni itirib. Azərbaycan Kubokunda mükafat qazanmağa şansları yüksəkdir. Lakin Dənizli hələ də istədiyi komandanı qura bilməyib. Onun zamanı o qədər çox olmayıb. Qışda istədiyi transferləri yerinə yetirdi. İndi “Xəzər Lənkəran” normal oyun sərgiləməli idi. Mustafa Dənizli sanki Azərbaycan çempionatını hələ tam hiss etməyib.
- Son günlər mətbuatda “Rəvan”ın Premyer Liqanı tərk edəcəyi müzakirə olunur. Bir neçə ildir 1-ci dəstədən Premyer Liqaya heç bir klub yüksəlmir. Bu mövsüm nəhayət Premyer Liqaya yüksələn komanda olacaq?
- İcraiyyə Komitəsinin iclasında da bu barədə danışdıq. Əgər 1-ci diviziondan klub yüksək dəstəyə qalxmayacaqsa, onda aşağı dəstənin mənası nədir. 1-ci dəstənin qalibi premyer liqada yarışmalıdır. Əlbəttə, sənədləri, sponsor dəstəyi qaydasında olmaq şərti ilə. Amma əgər aşağı diviziondan premyer liqaya klub yüksəlmirsə bu çox pis haldır. Özümüz özümüzü aldadırıq. 1-ci dəstəni formal olaraq keçirmək lazım deyil. Qalib komanda premyer liqaya qalxmalıdır. Yoxsa 1-ci diviziona çempionat demək olmur.