8 aprel 2014 01:22

Yuri Syominin xidmətlərindən imtina etməmək üçün beş səbəb

Azerisport.az “Qəbələ” klubu rəhbərliyinin komandanın baş məşqçisi Yuri Syominin xidmətlərindən imtina etməmək üçün beş səbəbi diqqətinizə çatdırır:
Məşqçi dəyişikliyi silsiləsi
Klubun doqquz illik qısa tarixi ərzində komandaya altı mütəxəssis rəhbərlik edib. Onlardan biri, Ramiz Məmmədov iki dəfə “radarlar”ın sükanı arxasında olub. Ancaq heç bir mütəxəssisə komandanı avrokuboklara çıxarmaq, uğurlu nəticəyə nail olmaq müyəssər olmayıb. Ramiz Məmmədov komandada hamıdan çox işləyib. Onun ilk məşqçiliyi dörd il davam edib. Ancaq sonralar nə özü, nə də həmkarları komandada bir ildən çox qərar tuta bilməyiblər.  Komandanın heç bir nəticəsinin olmaması təəccüb doğurmur. Axı son mövsümlər göstərir ki, məşqçi sükanı arxasında sabitlik, uğurun əsas amillərindən biridir.
İlk mövsümün kompleksi
Yuri Syominin özü komandalarını ilk mövsümdə çempionluğa daşıya bilməyib. “Lokomotiv”lə birgə Rusiya çempionluğuna Syomin onuncu mövsümdə nail olub. Kiyev “Dinamo”su ilə isə ikinci mövsümdə. “Lokomotiv”lə Rusiya çempionatında ilk medal dəstinin Syomin üçüncü mövsümdə əldə edib. Syomin iki komandada bir ildən artıq qərar tutmayıb: Rusiya yığması və Moskva “Dinamo”sunda. Həmçinin, “Lokomotiv”in prezidenti vəzifəsində. Burada bir nəticə özü-özünə hasil olur: yüksək nəticələr üçün bu məşqçiyə bir ildən artıq vaxt lazımdır.

“Yeni süpürgə” effekti
Yeni baş məşqçi yəqin ki, öz siyasətini yürüdəcək. Bu isə o deməkdir ki, yayda komandaya yeni futbolçular gələcək, bəzi köhnə futbolçular komandanı tərk edəcək. Yay müddəti komandanın oyununun axtarışında keçəcək. Payızda isə bizə hazırlıq üçün vaxtın əslində, kifayət qədər olmadığını deyəcəklər. Əgər Syomin yekunlara görə düzgün nəticə çıxararsa, növbəti mövsümdə “Qəbələ” daha güclü kollektivlə təmsil edilə bilər.

Dəyişmiş məqsədlər
“Qəbələ”nin son dəfə çempionluq uğrunda nə zaman ciddi mübarizə apardığını xatırlamaq çətindir. Hər halda, bu mövsümdə son vaxtlara qədər hər şey məhz belə idi. Ancaq ölkə Kubokunun yarımfinalına çıxışdan savayı, son oyunlarda iflas, “radarlar”ı Premyer Liqada qələbə şansından məhrum etdi.

Kubok
Hətta əgər “Qəbələ” rəhbərliyi yeni baş məşqçinin namizədliyi haqda düşünmək niyyətindədirsə, rəhbərlik informasiya sızmasında maraqlı olmamalıdır. Komanda mövsümün ən vacib oyunlarına hazırlaşır. “Qəbələ”də isə bu oyunlar ikidir: hər ikisi “Xəzər Lənkəran”a qarşı. Qalib gəlsələr, daha biri olacaq: final.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.