8 aprel 2014 13:30
Fərzəliyevə 2 illik qadağa qoyuldu
AFFA-nın İntizam Komitəsi ötən həftə yaşıl meydanlarda baş verən hadisələrə hüquqi qiymət verib. Azerisport.az xəbər verir ki, İK bir futbolçunun karyerasında müvəqqəti fasilə yaradıb.
Belə ki, 5 aprel 2014-cü il tarixdə həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” – “Çağırğan” matçı başa çatdıqdan sonra qonaq komandanın şərəfini qoruyan Fərəc Fərzəliyev hakimə fiziki təsir göstərdiyinə görə cəzalanıb. Fərəliyev 2 il müddətinə futbol karyerasına fasilə verməli olacaq.
