7 aprel 2014 12:22
Rüfət Dadaşov oynadı, komandası heç-heçə etdi
Almaniyada Cənub regional liqasının 27-ci turu çərçivəsində növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası səfərdə “Baunatalem” komandası ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə oynayıb.
Dadaşov 83-cü dəqiqədə, hesab artıq yekun nəticəni müəyyən edən vaxt meydana çıxıb.
Hazırda Dadaşovun “Kayzerslautern II” 45 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
