Qəbələnin çempionluq arzuları puç oldu
Topaz Premyer Liqasının 29-cu turuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, turun oyunları 2 gün ərzində keçirildi.
Hesabat turuna "Bayıl Arena"da keçirilən "Rəvan" - "Sumqayıt" matçı ilə start verildi. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, bu görüşdə qalib gələn komanda elitada qalmaq yoluna önəmli addım atmış olacaqdı. Düzdü, İcraiyyə Komitəsinin martın 7-də keçirilən iclasında heç bir komandanın elitanı tərk etməyəcəyi bildirilsə də, bir neçə gün əvvəl AFFA prezidenti Rövnəq Abdullayev bir komandanın aşağı dəstəyə düşə biləcəyini açıqlamışdı. Bu isə oyuna olan diqqəti bir az da artırmışdı. 90 dəqiqənin sonunda komandalar 1 xala razılaşdı - 1:1. Beləliklə, sonuncu pillələrin sahibləri dəyişmədi və bu komandaları bir-birindən hələ ki, 1 xal ayırır.
Bu görüşlə eyni vaxta AZAL doğma meydanda lider "Qarabağ"ı qəbul etdi. Qarşılaşmada Ağdam klubunun qələbə qazanacağı gözlənilən idi. İddialı rəqiblərin qapısından 3-4 top keçirən Qurban Qurbanovun komandası iddiasız Şüvəlan təmsilçisi ilə qaşrılaşmada 2 qolla kifayətləndi. Beləliklə, "köhlən atlar" ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini qoruyaraq birinci pillədə möhkəm dayanıb. AZAL isə yalnız mövsüm bitdikdən sonra toparlanaraq yeni çempionata hazırlanmağı düşünür.
Turun ilk oyun gününə "Xəzər Lənkəran" - "Qəbələ" matçı ilə yekun vuruldu. Son turlarda uğursuzluqla üzləşən Qəbələ təmsilçisi vəziyyəti düzəltmək üçün Lənkəran səfərindən xalla dönməli idi. Lakin Mustafa Dənizlinin də komandasının vəziyyətinin yaxşı olduğunu demək olmazdı. Məhz son uğursuzluqları unutdurmaq üçün cənub təmsilçisi doğma meydandakı qələbəsizlik sindromuna son qoymağa borcluydu. 90 dəqiqənin sonunda cənub təmsilçisi öz istəyinə nail oldu. "Ağ-yaşıllar" bu qələbə ilə kubokun yarımfinal mərhələsində keçiriləcək "Qəbələ" ilə matç öncəsi əlavə stimul qazanmış oldu. Heç bir komandanın çempionluğa şansı olmasa da, hər iki bölgə təmsilçisi Avropa arenalarına vəsiqə qazanmaq üçün kuboka daha çox üstünlük verəcək. Bundan başqa "Qəbələ"nin də çempionluq şansı öldü desək, yanılmarıq. Lider "Qarabağ"la 20 xallıq fərqi olan "Qəbələ" qarşıdakı 7 turun hamısında qələbə qazansa belə Ağdam klubunu keçməsi mümkünsüz görünür.
Turun ikinci gününün ilk oyunu "Bakcell Arena"da baş tutdu. Bu görüşdə "Neftçi" və "Bakı" komandaları gücünü sınadı. Rəqibindən bir baş üstün olan Böyükağa Hacıyevin yetirmələri paytaxt derbisindən minimal hesablı qələbə ilə ayrıldı. Bu qələbədən sonra "Neftçi" 2-ci pillədəki mövqeyini bir az da möhkəmləndirdi və Avroliqaya vəsiqəni demək olar ki, təmin etdi. "Bakı" isə bu məğlubiyyətdən sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ən yaxın izləyicisi "Qəbələ"ni 4 xallıq fərqlə qabaqlayır.
Turun son oyunu isə Zaqatalada baş tutdu. Burada futbol ictimaiyyətinin "qardaş" adlandırdığı "Simurq" və "İnter" üz-üzə gəldi. "Qardaşlar"ın görüşündən Bakı təmsilçisi minimal hesbalı qələbə ilə ayrıldı. Bu qələbə Kaxaber Sxadadzenin komandasının 3-cü pillədə olmasını təmin etdisə, onun həmyerlisi Georgi Çixradzenin yetirmələrini çətin vəziyyətdə qoydu. Belə ki, nəzəri cəhətdən "sarı-qaralar" Avropa xəyalları ilə də vidalaşmalı oldu. Çünki 4-cü pillənin sahibi "Bakı" ilə aralarında 9 xallıq fərq var və paytaxt klubunun da bu fərqi əldən verəcəyi inandırıcı görünmür.
Topaz Premyer Liqası
29-cu tur
RƏVAN - SUMQAYIT - 1:1
Qollar: Tyaqo de Souza, 68 - Məhəmməd Qurbanov, 23.
Sarı vərəqələr: Kamil Kopunek, 47 (qeyri-idman hərəkəti); Ayaz Mehdiyev, 62 (qeyri-idman hərəkəti); Oke Akpoveta, 68 (hakimin qərarına etiraz) // Adil İbrahimov, 33 (qeyri-idman hərəkəti); Rəhman Hacıyev, 54 (oyunun bərpasını gecikdirdiyi üçün); Uğur Pamuk, 72 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
5 aprel 2014. Saat 17:00. Bakı. “Bayıl Arena”. 650 tamaşaçı.
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 21. Novruz Məmmədov (k), 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek (40. Mişel Balokoq, 51), 20. Miloş Adamoviç (10. Tyaqo de Souza, 61), 25. Ayaz Mehdiyev, 8. Julio Sezar (14. Xuan Manuel Varea, 81), 18. Oke Akpoveta, 16. Orxan Lalayev.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 7. Elvin Həsənəliyev.
Baş məşqçi: Güvenc Kurtar.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (18. Aleksandr Çertoqanov, 80), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 99. Rəhman Hacıyev (11. Ruslan Nəsirli, 72).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL - QARABAĞ - 0:2
Qollar: Reynaldo Silva, 24; Riçard Almeyda, 59.
Sarı vərəqələr: Viktor İqbekoyi, 42 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 72 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
5 aprel 2014. Saat 17:00. Bakı. “AZAL Arena”. 800 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 15. Oskar Klava, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov (19. Orxan Səfiyaroğlu, 73), 32. Laşa Kasradze, 3. Aleksandr Şemonayev, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev (22. Axtam Xamroqulov, 86), 18. Samuel Barlay, 10. Con Oluremi (26. Kərim Diniyev, 78), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 4. Xose Junior Aylton, 5. Murad Ağayev, 20. Branislav Arsenyeviç.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 17. Vüqar Nadirov (41. Leroy Corc, 78), 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 86), 24. Admir Teli (k) (14. Rəşad Sadıqov, 78), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 99. Nikolas Gelaşvili.
Baş məşqçi: Qurban Qurbanov.
XƏZƏR LƏNKƏRAN - QƏBƏLƏ - 1:0
Qol: Etame Mbilla, 71.
Sarı vərəqələr: Nikola Qliqorov, 31 (rəqibə badalaq); Rasim Ramaldanov, 90+1 (qeyri-idman hərəkəti) - Lorenzo Ebesilio, 14 (düzgün olmayan sürüşmə fəndi); Ürfan Abbasov, 28 (rəqibi tutduğuna gör); Ruslan Tağızadə, 84 (rəqibi tutduğuna görə); Yannik Kamanan (oyundan sonra, hakimə etiraz).
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
5 aprel 2014. Saat 18:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 2500 tamaşaçı.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara (30. Elias Ribeiro, 63), 8. Deyan Blajevski, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (12. Junior Nildo, 80), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 23. Nikola Qliqorov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 9. Orxan Əliyev, 22. Deyvid Sakkoni, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Denizli.
Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 4. Amid Quluzadə, 8. Nizami Hacıyev, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 46. Davronjon Erqaşev.
Baş məşqçi: Yuri Syomin.
NEFTÇİ - BAKI - 1:0
Qol: Ernest Nfor, 80.
Sarı vərəqələr: Flavinyo, 33 (hakimin qərarına etiraz); Karlos Kardoso, 43 (qeyri-idman hərəkəti) // Risto Ristoviç, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
6 aprel 2014. Saat 15:30. Bakı. “Bakcell Arena”. 600 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso (23. Ruslan Qurbanov, 78), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (3. Denis Silva, 87), 7. Araz Abdullayev (8. Elşən Abdullayev, 90+2), 9. Flavinyo, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 10. Cavid İmamverdiyev, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Bakı: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (16. Xavyer Junior, 86), 8. Cavid Hüseynov, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 82), 19. Marius Pena (20. Tural Qürbətov, 71), 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 15. Alberto Noquera, 27. Elton Hüseynov, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
SİMURQ - İNTER - 0:1
Qol: Baçana Sxadadze, 74.
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Sarı vərəqə: Murad Səttarlı, 50 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
6 aprel 2014. Saat 16:00. Zaqatala şəhər stadionu. 200 tamaşaçı.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (55. İlqar Hüseynov, 78), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 15. Stepan Polyak (5. Anderson Oliveyra, 46), 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 22. Salif Ballo (11. Draqan Çeran, 67), 26. Benjamin Lambot, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 34. Rəşad Əzizli, 10. Rəşad Eyyubov, 17. Rüstəm Məmmədov, 77. Nicat Qurbanov.
Baş məşqçi: Georgi Çixradze.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites (8. Mikel Alvaro, 65), 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili (15. Yohan Bokonyano, 78), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 65).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 12. İvo Taborski, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
| 1 | Qarabağ | 29 | 19 | 7 | 3 | 55 | 14 | +41 | 64 |
| 2 | Neftçi | 29 | 16 | 6 | 7 | 42 | 33 | +9 | 54 |
| 3 | İnter | 29 | 15 | 6 | 8 | 45 | 31 | +14 | 51 |
| 4 | Bakı | 29 | 14 | 6 | 9 | 45 | 31 | +14 | 48 |
| 5 | Qəbələ | 29 | 13 | 5 | 11 | 37 | 32 | +5 | 44 |
| 6 | Simurq | 29 | 10 | 9 | 10 | 31 | 23 | +8 | 39 |
| 7 | XL | 29 | 9 | 10 | 10 | 29 | 39 | –10 | 37 |
| 8 | AZAL | 29 | 6 | 8 | 15 | 27 | 44 | –17 | 26 |
| 9 | Rəvan | 29 | 3 | 9 | 17 | 16 | 50 | –34 | 18 |
| 10 | Sumqayıt | 29 | 3 | 8 | 18 | 19 | 49 | –30 | 17 |
Bombardirlər:
18 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
9 - Draqan Çeran (Simurq), Etame Mbilla (Xəzər Lənkəran), Baçana Sxadadze (İnter)
8 - Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ).
