7 aprel 2014 00:11
Subaşiç 34 dəqiqə oynadı
Bu gün Türkiyə Birinci Divizionunda 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” səfərdə “Balıkesirspor”la qarşılaşıb və 2:2 hesablı heç-heçə oynayıb.
Subaşiç 56-cı dəqiqədə meydana çıxıb.
Hazırda “Orduspor” 64 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
