7 aprel 2014 11:33

Enest Nfor: Hakim Bakının futbolçusunu qovmalı idi

“Neftçi”nin hücumçusu Ernest Nfor azerisport.az saytına müsahibəsində TPL-in 29-cu turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyun haqda fikirlərini bildirib:
- Oyun haqda nə deyə bilərsiniz?
- Oyun asan keçmədi. Gərgin oldu. Qol üçün az vəziyyətlərimiz olmadı Ancaq oyunun sonlarında vura bildik. Şadam ki, qələbə qazandıq.
 
- “Neftçi”nin yenə də çempionluq şanslarının olduğuna inanırsınız?
- indi bu, o qədər də vacib deyil. Bu mənada ki, biz indi hər oyunda qələbə qazanmalıyıq. Sonrasına isə baxarıq.
 
- Siz yenə qol vurdunuz və yenə də başla. Bu, sizin vizit vərəqənizdir?
- Məsələ bunda deyil. Sadəcə bu, belə alınır. Belə vəziyyətlərdə nə ilə imkan var, vurmalısan. Həmçinin, hücumçu rəqib qapısı ağzında olarkən, həmişə hazır olmalıdır.
 
- Oyundan sonra siz hakimlikdən çox narazı idiniz.
- Bəli, bu, belədir və bu, ilk dəfə deyil ki, belədir.
 
- Siz bu barədə hətta “Bakı”nın baş məşqçisi Milinko Pantiçlə bir-iki kəlmə söz atışdınız.
- Bəli, onunla söhbətləşdim. Onunla heç bir problemimiz yoxdur. Sadəcə, hakimlik haqda danışdıq. Düz onun qabağında mənə qarşı kobud oynadılar və bu, təmiz qırmızı vərəqə idi. Bütün bunlar hakimin ikicə metrliyində baş vermişdi. Ancaq o, qaydanı pozmuş futbolçuya heç nə vermədi. Çox təəssüf ki, belə olur. Axı müvafiq səhvlər bizə də təsir edir. Oyunçular sadəcə, arzuolunun futbolu göstərə bilmirlər. Müvafiq hal hakimlərlə hər dəfə baş verir. Sonra, videotəkrarda biz görəcəyik ki, hakim qırmızı vərəqə göstərməli idi. Məsələn, “Qarabağ”a qarşı ötən oyunda Almeyda məni vurdu, ancaq buna görə meydandan qovulmadı. Bunun əvəzində o, yalnız sarı vərəqə gördü. Mən hakimləri çox günahlandırmıram. Bu, onların işidir. Onlar öz işini görür, biz öz işimizi. Hər kəsdə bu, özünün bacardığı kimi alınır. Kimidə yaxşı, kimidə elə də yox.
 
- Çempionatdan sonra “Neftçi” Azərbaycan Kubokunda öz yoluna davam edir. Necə hesab edirsiniz, komandanın buna gücü yetəcək və siz iki cəbhədə uğur qazana biləcəksiniz?
- Bizim üçün hər oyun vacib olacaq. Kubok ayrıca mövzudur, çempionat ayrı. Bizim finala çıxmaq şansımız var və biz bundan istifadə etməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.