7 aprel 2014 11:11
İsmail Kartal: Belə xəbərlərin haradan yarandığını bilmirəm
“Fənərbaxça” komandasının baş məşqçisinin köməkçisi İsmail Kartal özünün “Qəbələ” klubuna keçidi ilə bağlı yayılmış məlumatı təkzib edib. Azerisport.az xəbər verir ki, Krtla bunları söyləyib:
“Biz çempionluğa doğru gedirik. Mən yalnız bu haqda düşünürəm. Başa düşmürəm ki, müvafiq xəbərlər haradan yaranır. Onlar həqiqətə uyğun deyil”.
Xatırladaq ki, bir qədər əvvəl “Qəbələ”də Yuri Syomini Vlastimil Petrjelanın əvəzləyəcəyi ilə bağlı KİV-də məlumat yayılmışdı.
