7 aprel 2014 18:15
Möhtəşəm qələbə münasibəti ilə komandayla görüş keçirildi
Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçularıyla görüş keçirib. Azerisport.az xəbər verir ki, əvəzedici komandanı son matçda qazanılmış qələbə münasibəti ilə təbrik edən Məmmədov "bankirlər"in qarşısında dayanan məqsədə doğru inamla addımlamasının önəmli olduğunu vurğulayıb.
Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev komandanın hazırlığı barədə məlumat verib, turnir cədvəlindəki mövqelərini qorumağa çalışacaqlarını və klub rəhbərliyinə komanda üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Görüşdə digər cari məsələlər də müzakirə olunub.
