1 görüşə sığmayan oyun
"Qarabağ" Premyer Liqanın 29-cu turunda AZAL-ın qonağı oldu. Azerisport.az xəbər verir ki, çempionatın vahid lideri olan bu komanda "təyyarəçilər"lə oyunda 2:0 hesabıyla qalib gəldi.
Bu oyun Ağdam klubu üçün kifayət qədər maraqlı məqamlarla yadda qaldı. Həmin məqamlarla sizi də tanış edirik:
* "Qarabağ" bu oyunda çempionatdakı ardıcıl 6-ci qələbəsini qazandı.
* Bu seriya eyni zamanda Premyer Liqada cari mövsüm ən uzun qələbə seriyasıdı.
* Buna qədər 5 ardıcıl böyükhesablı qələbə qazanan komanda bununla da "Neftçi"nin 18 illik nəticəsini təkrarladı. "Qarabağ" AZAL-a qol buraxmadan daha 1 dəfə məyus edə bilsəydi, ardıcıl 6 darmadağınla çempionatlar tarixində vahid lider olacaqdı.
* "Qarabağ" son 10 oyunda 9-cu qələbəsini qazandı.
* Qapısını toxunulmaz saxlayan "Qarabağ" bununla da göstəricisini 5 oyuna çatdırdı. Başqa sözlə, komanda 457 dəqiqədi qapısında qol görmür. Sonuncu dəfə İbrahim Sehiçin qoruduğu qapıdan 24-cü turda "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov 83-cü dəqiqədə top keçirə bilib.
* Bu cari mövsüm 2-ci ən uzun göstəricidi. Mövsümün seriyası isə 512 dəqiqə ilə "Qarabağ"ın digər qapıçısı Fərhad Vəliyevə məxsusdu.
* "Qarabağ" eyni zamanda AZAL-la oyunda 3 oyundan sonra qapısını "quru" saxlaya bildi.
* "Qarabağ" "AZAL Arena"da 3 il sonra qələbə qazana bildi. Sonuncu dəfə komanda bu meydanda 2011-ci ilin sentyabrın 19-unda 3 xalı aktivinə yaza bilmişdi.
* "Qarabağ"da Reynaldo vurduğu qolla Premyer Liqada cari mövsüm 18-ci dəfə fərqlənməklə bombardirlər siyahısında yerini möhkəmləndirdi.
* Maraqlıdı ki, Reynaldo bununla 2010/11 mövsümündə çempionatın bombardiri olan Georgi Adamiyanın göstəricisinə çatdı.
* Ümumiyyətlə, bir mövsüm "Qarabağ"ın formasında ən çox qol vuran futbolçu olmaq üçün Reynaldoya cəmi 3 qol lazımdı. Samir Musayev 2003/04 mövsümündə 20 dəfə fərqlənməyi bacarıb.
* Braziliyalı son 5 oyunda start heyətində meydana çıxarkən qol vurmadan meydanı tərk etməyib.
* Reynaldo 22-ci dəqiqədə fərqlənməklə cari futbol ilində 25-ci qolunu vurdu. Premyer Liqada 18 dəfə fərqlənən Reynaldo 5 dəfə Avroliqada, 2 dəfə də ölkə kubokunda adını tabloya yazdırıb.
"Qarabağ"ın mətbuat xidməti
