Kamanan: Qəbələdə PSJ-dəki kimi olmasa da, yaxşı pul verirlər
"Qəbələ"nin hücumçusu Yannik Kamanan Fransa mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, fransalı forvard Azərbaycan klubundakı aqibətindən danışıb:
"Mövsümün sonunda "Qəbələ"də qalıb-qalmayacağımı hələ dəqiq bilmirəm. Düzünü deyim ki, mənə burada çətindi. Ailəm Valansyendə yaşayır. Orada ev almışıq. Xoşbəxtlikdən 1-2 aydan bir çempionatda fasilə yaranan kimi ailəmi görmək imkanı qazanıram".
"Tottenhem"də məşqçilər mənə dözümlü olmağı məsləhət görürdülər. Mən ümidverici hücumçulardan sayılırdım. Amma oynamağı çox istəyirdim. İndi isə düşünürəm ki, Fransaya qayıtmağım düzgün qərar deyildi. Daha sonra klub dəyişiklikləri başladı. "Dijon"da, "Qazelek"də, "Ostende"də, "Şaffhauzen"də, Tələviv "Makkabi"sində, Türkiyə klublarında oynadım. Türkiyədə mənim üçün pis deyildi. Amma "Sivasspor"la "Mersin İdmanyurdu"nda az oynayırdım. Bu üzdən menecerimə yeni variantları gözdən keçirməyi dedim. Elə həmin vaxtlarda Azərbaycandan mənə təklif gəldi".
"Qəbələ"də yaxşı şərait var. Gözəl otellər var. Fransa televiziyalı olmasa da, ingiliscə bildiyim üçün "Sky Sports"a baxıram. Burada yaxşı pul verirlər. PSJ qədər olmasa da, "Qəbələ" də kiçik klub deyil".
"Mənim arzum? Londona qayıtmaq. İngiltərə çempionatında oynamaq. Mənim orada oynayan çoxlu dostlarım var. Məsələn, "Çarlton"da çıxış edən Conni Cekson".
