7 aprel 2014 17:41
C kateqoriyalı məşqçi kursu keçiriləcək
2014-cü il aprelin 21-dən 30-dək Bakı şəhərində AFFA tərəfindən C kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.
