7 aprel 2014 17:09
Azərbaycan futbol ailəsinin 60000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 60 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 60000-ci üzvü "Məktəblərdə futbol dərsi" layihəsində iştirak edən Gəncə şəhəri 24 №-li orta məktəbin 5-ci sinif şagirdi Rzayeva Rəvanə Razim qızıdı.
