7 aprel 2014 16:40
Millimizin üzvü yenə iştirak ərizəsinə salınmadı
Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan "Elazığspor" növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Elazığ təmsilçisi səfərdə "Ərciyəsspor"la üz-üzə gəlib və 0:3 hesabıyla uduzub.
"Elazığspor"un şərəfini qoruyan millimizin üzvü Əli Gökdəmirin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Elazığspor" 28 oyundan sonra 28 xalla 17-ci pillədə qərarlaşıb.
