7 aprel 2014 16:13
Aqil Məmmədov: Biz Neftçi ilə oyunda daha çox şeyə ümid edə bilərdik
“Bakı”nın qapıçısı Aqil Məmmədov azerisport.az saytına açıqlamasında TPL-in 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyundan danışıb:
“Neftçi”yə məğlubiyyət (0:1) bizi ikinci pillədən uzaqlaşdırdı. Əgər qol vursaydıq, biz məğlubiyyətdən daha çoxuna ümid edə bilərdik. Qarşıda “Xəzər Lənkəran”la oyun var. Bu oyunda qələbə qazanmaq lazımdır. Üçüncü yerdə gedən “İnter” bizdən üç xal irəlidir. Ancaq qarşıda onlarla şəxsi oyunumuz var. Düşünürəm ki, üçüncü pilləyə qayıda biləcəyik”.
