7 aprel 2014 15:22
Georgi Nikolov: Bu, mənim adi zarafatım idi
“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının mövsümün ikinci yarısındakı çıxışından, tapşırıqlarından və “Neftçi” ilə rəqabətdən danışıb:
- “İnter” mövsümün ikinci yarısında inamla xallar toplayır. Mövsümə pis başlanğıcdan sonra bunu gözləyirdiniz?
- Əlbəttə. Mən sakitliyi və soyuqqanlılığı saxlayandan idim. Psixoloji mənada komandaya bacardığım köməyi edirdim. “Qara zolaq” daimi ola bilməzdi. Bu, tez-gec sona yetməli idi. Mahiyyətcə, mən bütün bunları gözləyirdim və indi komandam iştahaya gəlib.

- Məğlubiyyətlər silsiləsindən sonra saytımıza müsahibədə mövsümə əsas tapşırığın Premyer Liqada yerinizi qorumaq olduğunu deyən, siz deyildiniz? O zaman bu, sakitlik və soyuqqanlılığa dəlalət etmirdi...
- (Gülümsəyir). Bu, mənim adi zarafatım idi. Mən “İnter”in layiq olduğu mövqeyə yüksələcəyinə şübhə etmirdim. Pis başlanğıc bizə qızıl medallar uğrunda mübarizə aparmağa imkan vermədi. Ancaq düşünürəm ki, nail olduğumuzla kifayətlənməliyik. İndi biz Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırıq və biz bu məqsədə yaxınıq.

- Premyer Liqada hansı yer komandanızı qane edə bilər?
- İlk üçlükdə istənilən yer. Düşünürəm ki, biz bu tapşırığın öhdəsindən gələ bilərik. Çempionluq artıq real deyil. Çünki, “Qarabağ” özünə birinci pilləni tamamilə təmin edib. Onları qabaqcadan təbrik edə də bilərəm.

- Ancaq “Neftçi”dən soruşmaq qalır, ikinci yer?
- “Neftçi” güclü, balanslaşdırılmış komandadır. Ancaq düşünürəm ki, biz onlarla ikinci yer uğrunda rəqabət apara bilərik. Buna rəğmən, “Bakı” və hətta “Qəbələ”nin də, əgər yüksələ bilsə, şansı var. Sadaladıqlarımla yanaşı, hesab edirəm ki, bürünc medallar “İnter” üçün ən çatıla bilən tapşırıqdır.

- “Neftçi” ilə qarşıdakı oyun ikinci yer uğrunda mübarizədə həlledici oyun ola bilər...
- Bu oyuna həlledici deməzdim. Bu, ən vacib oyunlardan biri olacaq. Axı qarşıda hələ altı oyun var.

- Axı əgər “İnter” “Neftçi”yə məğlub olsa, altı xallıq geridə olmaqla, fərqi aradan qaldırmaq çox çətin olacaq.
- Bəli, bu, artıq kifayət qədər çətin tapşırıq olacaq. Ancaq hiss edirəm ki, biz “Neftçi”yə məğlub olmayacağıq. Bu il biz kifayət qədər uğurlu oynayırıq. Maraqlı oyun olacaq.