7 aprel 2014 14:11
Elias Ribeyro: Biz ancaq ölkə Kubokunun finalına çıxmaq haqda düşünürük
“Xəzər Lənkəran”ın hücumçusu Elias Ribeyro azerisport.az saytına açıqlamasında TPL-in 29-cu turu çərçivəsində “Qəbələ” üzərində qələbə və ölkə Kubokunun yarımfinalında bu rəqibə qarşı keçiriləcək oyundan danışıb:
“Yaxşı komanda üzərində vacib qələbə qazandıq. Çoxdandır ki, öz meydanımızda qələbə qazanmırdıq. Qarşıda bu komanda ilə ölkə Kuboku çərçivəsində iki oyunumuz var. Bu mənada, Premyer Liqada qələbə vacib idi. Bizə rəqibin zəif tərəflərini bilmək müyəssər oldu. Bu, bizə qarşıdakı oyunda kömək edəcək. Biz ancaq ölkə Kubokunun finalına çıxmaq haqda düşünürük. Bizim bu turnirdə uğur qazanmağımız üçün gücümüz var”.
