6 aprel 2014 11:11
Rasim Ramaldanov: Heç kim klubda mükafatlar haqda düşünmür
“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov azerisport.az saytına müsahibəsində TPL-in 29-cu turu çərçivəsində komandasının “Qəbələ”yə qarşı keçirdiyi oyundan (1:0) danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- Hər şeyin belə çətin olacağını bilirdik? Meydanda sanki güc mübarizəsi vardı. Rqib isə fiziki cəhətdən hazırlıqlı idi. Ümumiyyətlə “Qəbələ”nin Premyer Liqanın ən güclü klublarından biri olduğunu düşünürəm. Sadəcə, son turlarda onların oyunu alınmır.

- Son turlarda sizdə olduğu kimi…
- Bu dəfə bizə vacib qələbə qazanmaq müyəssər oldu. Komanda öz gücünə daha inamlı olacaq. Biz yaxşı futbol göstərdik. Ən əsası, güclü komandalarla rəqabət aparmaq iqtidarında olduğumuzu göstərdik.

- Oyunlara köklənməyə səbəbi haradan tapırsınız? Axı çempionatdakı qələbələr sizə artıq heç nə verməyəcək…
- Ən azı, sübut etmək istəyirik ki, cari mövsüm bir təsadüfdür. “Xəzər Lənkəran” yarış cədvəlində daha yüksəkdə dayanmalıdır.

- Maraqlıdır, siz bu oyunlara görə mükafatlar alırsınız??
- Düzünə qalsa, indi komandada heç kim mükafatlar haqda düşünmür. İndi daha çox klubun nüfuzu haqda düşünürük. Bu il klubumuzun 10 yaşı tamam olur.

- Bütün bunlar aydındır, amma hər halda…
- Klubda mükafatlar haqda heç kim danışmır.

- Premyer Liqada “Qəbələ” üzərində qələbə, bu rəqibə qarşı Kubokun yarımfinal oyunlarına təsir edə bilər?
- Ən azı, biz “Qəbələ” üzərində psixoloji üstünlük qazandıq. Kubok bu il bizim ümid edə biləcəyimiz yeganə uğurdur. Bu halda, “Qəbələ”ni yenidən məğlub etməli və bu yarışın finalına çıxmalıyıq.