6 aprel 2014 22:40
Abışovsuz Rubin darmadağın olundu
Bu gün Rusiya premyer-liqasında 24-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” səfərdə “Zenit”lə qarşılaşıb və 2:6 hesabı ilə darmadağın olub.
Abışov yenidən iştirak ərizəsindən kənarda qalıb.
Hazırda “Rubin” 28 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
