6 aprel 2014 22:22
Özkara oynamadı, komandası məğlub oldu
Bu gün Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Bursaspor”la qarşılaşıb və 3:4 hesabı ilə məğlub olub.
Özakara oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda “Sivasspor” 40 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
