6 aprel 2014 18:45
Çixradze: Rəqib bizdən daha istəkli idi
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İki fərqli hissə oldu. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə isə rəqib bizdən daha aktiv oynadı. Buraxdığımız səhvdən “İnter” qol vurdu. Rəqib bizdən daha istəkli idi. Polyakın əvəzlənməsi zədə alması ilə bağlı idi”.
