Böyükağa Hacıyev: Heç kim öz ayranına turş deməz
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Öz oyunumuzu oynadıq, bir qolla vacib 3 xalı qazandıq. İki hissədə də hücumda oynadıq. Son vuruş lazım idi, onu da yekunda bacardıq. “Bakı” izləyicilərimizdən biri idi, aramızdakı xal fərqini artırmalı idik. “Simurq” da “İnter”ə məğlub oldu. Bunu belə də gözləyirdik. Gələn oyun “İnter”lə qarşılaşırıq. Bir günlük istirahətdən sonra hazırlığı bərpa edəcəyik. Pantiç səmimi insandı, heç kim öz ayranına turş deməz. Biz oyun boyu üstün oynadıq, qol gec oldu. Son dəqiqələrdə Nfora olunan hərəkət qırmızı vərəqə idi. Hakim də insandır, hər səhvə görə günahlandırmaq olmaz. Nfor qoldan sonra daha bir epziodu əldən verdi, daha doğrusu Aqil Məmmədov komandasını xilas etdi”.
