6 aprel 2014 17:58
Şuşa Kəpəzə səfərdə qalib gəldi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 24-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
“Şuşa” Gəncədə yerli “Kəpəz”i minimal hesabla məğlub edib. “Turan-T” isə İmişlidə “Mil-Muğan”la oyunda qələbəni son saniyələrdə əldən verib.
1-ci divizion
24-cü tur
6 aprel
Kəpəz - Şuşa - 0:1
Qol: Samir Abdulov, 7.
Mil-Muğan - Turan-T - 2:2
Qollar: Sabir Allahquliyev, 57; 90+4-pen - Rəşad Piriyev, 19, Kamil Xanıyev, 59.
