6 aprel 2014 14:44
Abışov yenə iştirak ərizəsindən kənarda qaldı
Bu gün Rusiya premyer-liqasında 24-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” səfərdə “Zenit”lə qarşılaşacaq.
Abışov yenidən iştirak ərizəsindən kənarda qalıb.
Hazırda “Rubin” 28 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
