6 aprel 2014 00:36
İnter Zaqatalada son məşqə çıxdı
Məlum olduğu kimi, bu gün “Simurq” - “İnter” matçıyla Azərbaycan çempionatında 29-cu tura yekun vurulacaq. Azerisport.az xəbər verir ki, tur çərçivəsində "İnter" Zaqatalada "Simurq"la qarşılaşacaq.
Ötən gün "bankirlər" saat 16.00-da Olimiya Kompleksinin arenasında məşq edib. Məşq prosesi 1 saat çəkib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə yekunlaşıb.
Qeyd edək ki, “Simurq” - "İnter” matçı bu gün saat 16:00-da başlayacaq.
