6 aprel 2014 13:44

Horvat: Neftçidə yalnız iki təhlükəli futbolçu olsaydı, işimiz asanlaşardı

“Bakı”nın futbolçusu Lukas Mario Horvat azerisport.az saytına açıqlamasında TPL-in 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək görüşdən, rəqibin heyətindən və komandasının qeyri-sabit oyunundan danışıb:

- “Bakı” paytaxt derbisində “Neftçi”yə qarşı oyuna hazırdır?
- “Neftçi” - “Bakı” görüşü çox çətin olacaq. Rəqib yaxşı futbolçulara və formalaşan sistemə malikdir. Bizdə əsas heyətin bir neçə oyunçusu olmayacaq. Bununla belə komanda “Neftçi” ilə görüşə hazır olacaq. Bu oyun, hər iki komanda üçün vacibdir. Xal fərqi 3-ə bərabərdir. Gərək, 2-ci pilləyə yüksəlmək şansımızı əldən verməyək. “Bakı”nı bu oyunda yalnız qələbə razı sala bilər.

- “Neftçi”ni məğlub etsəniz, böyük ölçüdə gümüş medala yaxınlaşırsınız...
- Elə deməzdim. Bu gün çempionatda hər tur mövqelər dəyişir. Yalnız “Qarabağ” 10 xal fərqli zirvədə möhkəmlənib. Digər yerlər tərpənir və dəyişir. Bakı ilə yanaşı, “İnter”, “Qəbələ” və “Neftçi” də gümüş medallara iddialıdır. Bunun üçün mümkün qədər çox xal toplamaq lazımdır. Məhz bu amilə görə paytaxt derbisində güzəşt olmayacaq.

- “Neftçi”nin heyətində Flavinyo və Bahodir Nəsimov var. Onların qarşısını ala biləcəksiniz?
- Əgər “Neftçi”də cəmi iki oyunçu güclü olsaydı, qarşısını alardıq. Amma bu komandada meydana çıxan hər bir futbolçu böyük təcrübəyə malikdir. “Neftçi” son çempiondur. Deməli, heyətdə zəif futbolçu ola bilməz. Komandanın hər bir futbolçusu bizim üçün təhlükəlidir. Onlarla komanda kimi mübarizə aparacağıq.

- “Neftçi” son turda “Xəzər Lənkəran”a qalib gəlib. Bu oyuna baxmısınız?
- Həmin oyunda “Neftçi” yaxşı oynadı və qələbə qazandı. Amma bu bizi narahat etmir. “Neftçi” - “Xəzər Lənkəran” üzərində qələbə qazanmaqla, bizə gücünü göstərmir. Biz tam fərqli oyun sərgiləyirik. Bizim üçün əvvəlki turun nəticəsi maraqlı deyil. Meydana çıxıb qalib gəlmək istəyirik. Rəqibi yaxşı analiz etmişik və buna görə də qalib gələcəyimizə inanıram.

- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib ki, xal fərqini 6-ya çatdırmaq istəyirlər və qələbə qazanmağı bacaracaqlar...
- İddialı açıqlamalar hər zaman komandaya kömək olur. Biz istəyirik qalib gələk və turnir cədvəlində irəliləyək. Oyun baxımından problem yoxdur. Sadəcə, nəticə qazanmaq lazımdır. Çempionatın əvvəlindəki itkiləri nəzərə alsaq, indiki mövqeyimiz yaxşıdır. 

- “Bakı”nın son zamanlar sabit oyun göstərməməsində problem nədir?
- Bəziləri oyunumuzdan narazı ola bilər. Fakt odur ki, komanda 3-4-cü yerləri bölüşür. Gümüş medal qazanmaq şansımız var. Sadəcə, çıxıb oynamaq lazımdır. Əvvəlki turlarda az xal itirsəydik indi çempionluğa oynamaq olardı. “Qarabağa” çatmaq çətin görünür. Amma 2-ci yerə çıxmaq olar. Bakı cari mövsüm mütləq avrokuboklara vəsiqə qazanmalıdır.

- “Bakı” kubokda mübarizəni dayandırıb. Çempionatda üçlüyə düşməsəniz avrokuboklardan kənarda qalacaqsınız...
- Bu barədə düşünmək istəmirik. “Bakı” avrokuboklara layiq komandadır. Oyunumuzla bunu sübut edəcəyik. İnanın ki, Azərbaycan çempionatında əsas görüşlər indi başlayır. Hələ ilk üçlükdə kimlər olacaq, məlum deyil. Sona tura qədər meydana qələbə üçün çıxacağıq. Biz marafonu qələbə ilə başa vurmağa hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.