6 aprel 2014 13:33
Simurq bankirlərlə görüşə hazırdır
Topaz Premyer Liqasının XXIX turunda "İnter"i qonaq edəcək “Simurq” hazırlıqları tamamlayıb. Azerisport.az xəbər verir ki, son məşqdə əvəzedicilərlə görüşdə meydana çıxan Rəşad Eyyub, Nicat Qurbanov və Rüstəm Məmmədov iştirak etməyib.
Bir saatdan artıq davam edən hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra iki qrupa bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar və qapıya zərbələr yerinə yetirilib.
16:00-da start götürəcək qarşılaşma "Simurq TV" vasitəsilə canlı yayımlanacaq.
(Klub saytı)
