5 aprel 2014 00:05
Topaz Premyer Liqasında 29-cu tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 29-cu tura start veriləcək. Azerisport.az xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək.
İlk oyun günündə 3 görüş baş tutacaq. Cari mövsümün uğursuzlarından olan AZAL Şüvəlanda lider "Qarabağ"ı qəbul edəcək. Komandaların hazırkı vəziyyətini nəzərə alsaq, Ağdam klubunun favorit olduğunu rahatlıqla demək olar. Qurban Qurbanovun çempionluğu təmin etmək üzrə olan komandasının məğlubiyyətlərdən qurtula bilməyən "təyyarəçilər"i məğlub etməsi gözləniləndi. Onu da qeyd edək ki, cütlüklər bugünədək 21 dəfə qarşılaşıb. Bu görüşlərin 10-da "köhlən atlar", 5-də AZAL qalib gəlib. Qalan 6 oyun isə sülhlə başa çatıb. Qarabağ ümumi oyunların balansında üstün olsa da, cari mövsümkü bütün görüşlərdə qol buraxıb. Bakılılar son 6 ev oyununda qolsuz qalmayıb və yalnız 1 dəfə uduzub.
Bu görüşlə eyni vaxtda "Bayıl Arena"da autsayderlərin dueli baş tutacaq. "Rəvan" və "Sumqayıt"ın qarşılaşması maraqla gözlənilir. Məsələ burasındadı ki, bu oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Belə ki, əvvəlcə İcraiyyə Komitəsi heç bir elita təmsilçisinin aşağı dəstəyə düşməyəcəyini desə də, daha sonra AFFA prezidenti Rövnəq Abdullayev bir klubun Premyer Liqanı tərk edə biləcəyini bildirdi. Bu səbəbdən həm Güvənç Kurtar, həm də Aqil Məmmədovun yetirmələri elitada qalmaq üçün əlindən gələni etməyə can atacaq. Komandaları bir-birindən cəmi 1 xal ayırır ki, bu da matçın prinsipiallığın artıran məqamlardandı. "Sumqayıt" qalib gəlsə, "Rəvan"ı keçəcək. Heç-heçənin də qane etdiyi "Rəvan" isə qalib gələcəyi halda əsas izləyicisi ilə xal fərqini yenidən 4-ə yüksəldə bilər. Komandalar 12-ci dəfə üz-üzə gələcək. "Rəvan" bu görüşlərin 6-da qələbə qazanıbsa, "Sumqayıt" yalnız 2 dəfə qələbəyə sevinib. Qalan 3 görüş isə bərabərliklə yekunlaşıb.
Günün son qarşılaşmasında "Xəzər Lənkəran" və "Qəbələ" komandaları qarşılaşacaq. Bu oyun da az əhəmiyyət daşımır. Belə ki, bölgə təmsilçiləri avrokubok şanslarını əldən verməmək üçün mütləq qələbəyə çalışacaq. Bundan başqa rəqiblər Azərbaycan kubokunun yarımfinalında da üz-üzə gələcək. Bu üzdən çempionat oyununu həmin görüşə hazırlıq kimi də dəyərləndirənlər var. Bu komandaların yolları ümumilikdə 21 dəfə kəsişib. Bu görüşlərin 11-də Lənkəran, 5-də isə Qəbələ təmsilçisi qələbəni bayram edib. 5 oyunda isə tərəflər sülhə razılaşıb. Əyalət təmsilçilərinin Lənkərandakı son 7 oyununda meydan sahibləri uduzmayıb. Cənubluların meydanında baş tutan axırıncı 3 görüşdə isə heç-heçə qeydə alınıb.
Növbəti gün paytaxt derbisi baş tutacaq. "Bakcell Arena"da baş tutacaq derbidə "Neftçi" və "Bakı" qarşılaşacaq. "Ağ-qaralar" demək olar ki, Avropa arenasına vəsiqəni qismən də olsa, təmin edib və kubokda da yoluna davam edir. Paytaxtın eyniadlı klubu isə beynəlxalq arenada vuruşmaq üçün yalnız Premyer Liqada müsbət nəticə qazanmalıdı. Bu üzdən qələbə daha çox "zolaqlılar"a lazımdı. Amma Böyükağa Hacıyevin komandası da rəqibinə asanlıqla xal verməyəcək. Bu komandalar 46-cı dəfə üz-üzə gələcək. Bunların 25-də Böyükağa Hacıyevin, 12-də isə Milinko Pantiçin komandası qalib gəlib. 9 oyunda isə bərabərlik qeydə alınıb. Neftçi ümumi qələbə sayında böyük üstünlüyə malik olsa da, son 6 qarşılaşmada cəmi 1 dəfə 3 xal əldə edib.
Turun son oyununda "Simurq" və "İnter" komandaları qarşılaşacaq. Bu görüşdə "bankirlər"in Avroliqa iddiası daha real görünür. Komandalar bugünədək 19 görüş keçirib. Bu qarşılaşmaların 2-də tərəflər sülhə razılaşmalı olub. "Bankirlər" 14 dəfə Zaqatala təmsilçisini məğlub yola salıb. Georgi Çixradzenin yetirmələri isə yalnız 3 dəfə gürcü həmkarı Kaxaber Sxadadzedən üstün olub.
Topaz Premyer Liqası, 29-cu tur
5 aprel (şənbə)
17:00. Rəvan - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. Bayıl Arena.
17:00. AZAL - Qarabağ
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. AZAL Arena.
18:00. Xəzər Lənkəran - Qəbələ
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran. Xəzər Lənkəran mərkəzi stadionu.
6 aprel (bazar)
15:30. Neftçi - Bakı
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. Bakcell Arena.
16:00. Simurq - İnter
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala şəhər stadionu.
Bombardirlər:
17 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
9 - Draqan Çeran (Simurq)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Baçana Sxadadze (İnter).