5 aprel 2014 11:22
Fortuna Eratsız qələbə qazandı
Futbol üzrə Almaniya İkinci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Azerisprot.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə “Padeborn”u 2:1 hesabı ilə məğlub edib.
Zədəli Erat bu oyunda iştirak etməyib. Futbolçunun on gündən sonra məşqlərə qoşulacağı ehtimal edilir.
Hazırda “Fortuna” 37 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
