5 aprel 2014 20:45
"Hesab arasındakı fərq daha çox ola bilərdi"
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətin oyun idi. “Qəbələ” güclü rəqibdi, kubokda da qarşılaşacağıq. Bizim üçün kubok oyunu da çətin olacaq. “Qəbələ” hesabı bərabərləşdirmək üçün son dəqiqələrdə irəli atıldı. Hesab arasındakı fərq daha çox ola bilərdi. Qarşıda “Bakı” ilə oyunumuz var. Ondan sonra kubok oyununa hazırlaşacağıq”.
