5 aprel 2014 20:30
Yuri Syomin: Oyunçular çox hirslidi
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ağır oyun oldu. Oyun ərzində bir səhv buraxdıq, onda da qapımızda qol gördük. Oyunçular çox hirslidi. Üst-üstə məğlubiyyətlər alırıq”.
